​Nazir generala müavin təyin etdi - FOTO

​Nazir generala müavin təyin etdi
19:45 04.07.2022
253 Toplum
A- A+

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni təyinat olub.

SÜLH.İNFO.az  unikal-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Mansurov DİN-in Polis Akademiyası rəisinin birinci müavini vəzifəsinə təyinat alıb.

V.Mansurov bu təyinatadək Polis Akademiyasında müəllim kimi çalışıb.

Qeyd edək ki, Polis Akademiyasının rəisi general-mayor Canpolad Daanovdur.