​İtaliyanın 5 bölgəsində fövqəladə vəziyyət elan edildi

​İtaliyanın 5 bölgəsində fövqəladə
09:30 05.07.2022
256 Dünya
A- A+

İtaliyanın 5 bölgəsində quraqlıqla bağlı fövqəladə vəziyyət elan edilib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə İtaliya hökumətinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən , bu qərar Nazirlər Şurasının iclasında "Po çayı vadisi və Şərqi Alplər regionuna bitişik və onunla əlaqəli ərazilərdə su ehtiyatlarının çatışmazlığı" ilə əlaqədar qəbul edilib.

Bildirilir ki, fövqəladə vəziyyət Emiliya-Romanya, Friuli - Venesia-Culiya, Lombardiya, Piemont və Veneto bölgələrində tətbiq edilib.