​Tokayev Aİ-yə Qazaxıstan neftini almağı təklif edib

​Tokayev Aİ-yə Qazaxıstan neftini
16:00 05.07.2022
233 Dünya
A- A+

Qazaxıstan dünya və Avropa bazarlarında vəziyyəti sabitləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə hazırdır.

SÜLH.İNFO.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığında bildirib. 

“Prezident həmçinin Avropa İttifaqını alternativ qitələrarası dəhlizlərin, o cümlədən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafında əməkdaşlığa çağırıb. Kasım-Jomart Tokayev həmçinin dünyanın enerji təhlükəsizliyinə təhdidlərdən narahatlığını bildirib. Onun sözlərinə görə, Qazaxıstan dünya və Avropa bazarlarında vəziyyəti sabitləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə hazırdır”, - deyə məlumatda bildirilir.

Tokayev həmçinin Mişelə xatırladıb ki, Qazaxıstan Mərkəzi Asiyada “Qazaxıstan və Aİ arasında münasibətləri yeni səviyyəyə qaldıran” Avropa İttifaqı ilə Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalayan ilk ölkədir.