​Ukrayna 17,4 milyardlıq bərpa planını təqdim etdi

​Ukrayna 17,4 milyardlıq bərpa planını
19:00 05.07.2022
226 Dünya
A- A+

Ukrayna Prezidentinin ofisi ölkənin sosial infrastrukturunun operativ şəkildə bərpası üçün plan hazırlayıb.

SÜLH.İNFO.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Zelenskinin Ofisinin rəhbərinin müavini Kirill Timoşenko açıqlayıb. 

Onun sözlərinə görə, sözügedən plan “Fast Recovery” adlanır və onun həyata keçirilməsi üçün 17,4 milyard dollar tələb olunur. 

Ukrayna “Fast Recovery” planını İsveçrənin Luqano şəhərində keçirilən konfransda təqdim edib. Bildirilir ki, burada söhbət zərər görümüş ən zəruri infrastrukturun bərpasından gedir.