​Azərbaycanda arvad ərini döydü: Qabırğalarını sındırdı

​Azərbaycanda arvad ərini döydü:
19:40 05.07.2022
258 Hadisə
A- A+
 

İsmayıllı rayonunda qadın ərinə xəsarət yetirib.

SÜLH.İNFO.az Oxu.az-a istinadən xəbər verir ki, S.N. ilə həyat yoldaşı R.N. arasında ailə-məişət zəminində mübahisə yaranıb.

Nəticədə qadın vintaçanla və təpiklə ərinin bədəninin müxtəlif yerlərinə xəsarət yetirib.
R.N. döş qəfəsinin sağ tərəf 8-9-cu qabırğaların sınığı, sol təpə sümüyünün sınığı, döş qəfəsində çoxsaylı deşilmiş yaraları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.