​Apteklərdə qanunsuz satılan dərmanlar müsadirə edilib

​Apteklərdə qanunsuz satılan dərmanlar
21:15 05.07.2022
441 Sosial
A- A+

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin ötən ay apteklərdə keçirdiyi planlı və plandankənar yoxlamaların nəticələri açıqlanıb.

İyunun 1-dən 30-dək 40 aptekdə yoxlama keçirilib.

Müsadirə olunan qeydiyyatsız və sertifikatsız dərman vasitələrinin sayı 10 adda, 35 qutu təşkil edib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 7 protokol tərtib edilib.