​Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI

​Azərbaycan nefti
10:45 06.07.2022
A- A+

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 11,08 ABŞ dolları və ya 8,6% azalaraq, 117,72 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.