​Ölkədə yoluxmalar artır, sərt karantin elan oluna bilər? - İnfeksionistdən AÇIQLAMA

​Ölkədə yoluxmalar artır, sərt karantin elan oluna bilər? -
14:43 06.07.2022
315 Ölkə
A- A+

Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı məlumata əsasən, dünən ölkədə koronavirusa 49 yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.

Son günlər yoluxma sayında artan tendensiya ilə bağlı Sülh.info.az-a infeksionist Adil Qeybulla açıqlama verib. Onun sözlərinə görə, koronavirusa yoluxma halları dünyanın hər yerində var:

"Aparılan vaksinasiya və yoluxmalar nəticəsində Azərbaycanda kollektiv immunitetin yarandığı qənaətindəyəm. Hesab edirəm ki, Azərbaycanda koronovirusla bağlı ciddi təhlükə gözlənilmir. Əlbəttə hansısa yoluxma sayı artarsa və epidomoloji vəziyyət pisləşərsə, ona uyğun qərarlar verilə bilər.

Ümumiyyətlə epidemioloji vəziyyətin koronavirus pandemiyası ilə bağlı pisləşəcəyini düşünmürəm. Hesab edirəm ki, pandemiya öz qürubuna yaxınlaşır. Sadəcə olaraq rəsmən bunun elan olunmasını Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) edə bilər. Problem ondadır ki, müəyyən imkanları məhdud və gəlirləri aşağı olan ölkələrin vaksinasiya prosesini uğurlu formada apara bilməyiblər. Problemlər xeyli var. Pandemiya ilə mübarizə işi dünyada uğurla başa çatdırılmadı. Növbəti mərhələlərdə yəqin ki, ÜST bu vəziyyəti düzəltmək üçün qabaqlayıcı tədbirlər görməlidir. Müəyyən alqoritmlər düşünməlidir", - deyə A.Qeybulla əlavə edib.