​Sumqayıtda polis serjantı intihar ETDİ

​Sumqayıtda polis serjantı intihar
21:00 06.07.2022
250 Hadisə
A- A+

Sumqayıt şəhərində polis əməkdaşı intihar edib.

SÜLH.İNFO.az trend-ə istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı ərazisində baş verib.

Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb.

Ərazidəki sakinlər onun asılmış meyitini aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat verib.

Faktla bağlı araşdırma aparılır.