Bu şəkil eyni gündə Azərbaycan və Türkiyədə çəkilib. Qiymət arasındakı fərq sosial şəbəkələrdə xeyli müzakirə olunub. Vətəndaşlar Türkiyədə olan minimum əmək haqqı ilə biz də olan minimum əmək haqqına diqqət çəkiblər. Xatırlatma üçün bildirək ki, hazırda Azərbaycanda minimum əmək haqqı 343 manat, Türkiyədə 4 500 lirədir. Təxminən eyni məhsuldan Türkiyə minimum əmək haqqı ilə 140-a yaxın, biz də isə 50-ə yaxın almaq mümkündür.
Sülh.info.az saytına danışan iqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, Türkiyə və Azərbaycanda eyni məhsulların qiymətində iki qat fərq ortaya çıxmasının bir neçə səbəbi var. Türkiyədə qiymətin ucuz olmasına səbəblərdən biri türk lirəsinin kəskin enməsidir. “Şəxsi istehlak məhsullarının və geyim məhsullarının qiymətinin dəyişməsi dərhal baş vermir. Yəni sahibkar lirə daha baha qiymətə olanda məhsulu ala bilir. Anbara çatana qədər bir neçə ay gedir. Növbəti sifarişlər gəlincə anbar yenilənməsi baş verincə epizodik olaraq alıcılar üçün qiymət baha ola bilir”.
İqtisadçı səbəblərdən digərini monopoliyanın olması ilə əlaqələndirir:
“Bir neçə mənbədən bazara məhsul daxil olanda satıcılar daha baha qiymət tətbiq edə bilmirlər. Bizdə pərakəndə satış bir neçə şirkətin kontrolu altındadır. Yəni x biri daha ucuz qiymətə gətirsə də həmin şəbəkələrə girməkdə çətinlik çəkir. Ölkəyə məhsulun daxil olmasında inhisarçılığın yaranması sadəcə bir neçə şirkətin satışı həyata keçirməsi də qiymətlərin enməsinə icazə vermir”.
İqtisadçı rəqabətli mühit yaranarsa qiymətlərdə bugünki kimi iki qat artımla deyil, sadəcə 3-5 faiz ola biləcəyini vurğulayıb.