​Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

​Kəlbəcər istiqamətində mövqelərimiz atəşə
19:00 07.07.2022
238 Hərbi
A- A+

İyulun 7-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

 

Bu barədə SÜLH.İNFO.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.