​Əhaliyə 4 milyardlıq ödənişli xidmət göstərildi

​Əhaliyə 4 milyardlıq ödənişli xidmət
22:20 07.07.2022
224 Sosial
A- A+

2022-ci ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,1 faiz artaraq 3 milyard 512,1 milyon manat olub.

Bu barədə SÜLH.İNFO.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hüquqi şəxslər tərəfindən əhaliyə 2606,6 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 74,2 faizini təşkil edib.

Cari ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 349,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 54,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.