Yaponiya hökuməti Şinzo Abeyə sui-qəsdlə bağlı böhran qərargahı yaradıb.
SULH.İNFO.az APA-ya istinadən xəbər verir ki, Baş nazir Fumido Kisida Yamaqata prefekturasına səfərini yarımçıq qoyaraq paytaxt Tokioya qayıdaraq qərargaha rəhbərlik edir.
07.24
Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe kütlə qarşısında çıxışı zamanı silahlı hücuma məruz qalıb.
“Bloomberg“in xəbərinə görə, hadisə Nara şəhərində baş verib. Siyasətçi huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Şahidlərin dediyinıə görə, 2 atəş səsi eşidilib.
Hücumda şübhəli bilinən şəxsi polis saxlayıb.