​Braziliya prezidenti ölkədə üç günlük matəm elan etdi

​Braziliya prezidenti ölkədə üç günlük
23:45 08.07.2022
240 Dünya
A- A+

Braziliya prezidenti Jair Bolsonaro Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin vəfatı ilə əlaqədar üç günlük milli matəm elan edib.

Bu barədə o, “Twitter” hesabında yazıb.

Braziliya dövlət başçısı Abeni “parlaq lider və ölkənin böyük dostu” adlandırıb.

Qeyd edək ki, Yaponiyanın keçmiş baş naziri sui-qəsd nəticəsində faciəvi şəkildə ölüb.