​DİN-də yeni TƏYİNAT

​DİN-də yeni
11:15 09.07.2022
268 Toplum
A- A+

Daxili işlər orqanlarında kadr təyinatı olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Rüfət Məmmədov Bərdə Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə müavini təyin olunub.

O, bundan əvvəl Ağcabədi RPŞ-də eyni vəzifəni yerinə yetirib.