Hindistanda müqəddəs Amarnath mağara məbədinin yerləşdiyi ərazidən 15 minədək zəvvar təxliyə olunub.
Sülh.info.az TASS-a istinadən xəbər verir ki, güclü musson yağışlarının səbəb olduğu daşqın azı 15 nəfərin həyatına son qoyub, 40-dan çox şəxs itkin düşmüş hesab olunur.
Təxliyə olunan şəxslər müvəqqəti düşərgəyə yerləşdirilir. Xilasedicilər itkin düşmüş şəxslərin axtarışını davam etdirir.