​Azad edilmiş ərazilərdə layihələrin auditi aparılır, ilkin nəticələr məlumdur

​Azad edilmiş ərazilərdə layihələrin auditi aparılır,
14:00 09.07.2022
238 Ölkə
A- A+

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsaitlərin auditi aparılır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilən layihələrin icrasına 2020-2021-ci ildə başlanıb, onların başa çatması 2022-ci və sonrakı illərdə nəzərdə tutulub:

“Hesablama Palatası tərəfindən bu istiqamətdə ayrı-ayrı layihələrin auditinə 2022-ci ilin fevral ayından başlanılsa da, obyektlərdə aparılan tikinti işləri davam etdiyindən ilkin nəticələr barədə yalnız aidiyyatı qurumlar məlumatlandırılıb. Audit tam başa çatdıqdan sonra məlumatlar müvafiq qaydada açıqlanacaq”.