​16 yaşlı yeniyetmənin meyiti Kürdə tapıldı

​16 yaşlı yeniyetmənin meyiti Kürdə
21:00 09.07.2022
249 Hadisə
A- A+

İyulun 5-də Kür çayının Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlunun axtarışları başa çatıb. 

 

Bu barədə Sülh.info.az FHN-ə istinadən xəbər verir.

E.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı ehtimal olunan yerdən təqribən 10 km aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.