​Rafael Fiziyevdən UFC-də möhtəşəm qələbə: Rəqibini nokauta saldı

​Rafael Fiziyevdən UFC-də möhtəşəm qələbə:
10:53 10.07.2022
231 İdman
A- A+

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev ilk dəfə Azərbaycan bayrağı altında Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünə çıxıb.

Nezarettv.Az xəbər verir ki, 29 yaşlı idmançı ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusla üz-üzə gəlib.

Fiziyev "UFC Vegas 58" turnirinin sonuncu - 5-ci raundunda rəqibini nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.

Təcrübəli düyüşçü görüşdən sonra "İndi biz idmanda ən yaxşı Rafanın kim olduğunu öyrənməliyik. Rafael Nadal - mən onu məğlub edə bilərəm" deyib.

Qeyd edək ki, Azərbaycanın digər MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk qarşılaşmasını sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı keçirəcək.