​Qarabağ müharibəsinin iştirakçısından dəhşətli əməl - Dostunu öldürdü, sonra isə…

​Qarabağ müharibəsinin iştirakçısından dəhşətli əməl -
12:07 10.07.2022
355 Hadisə
A- A+
Bakının Xəzər rayonunda 1965-ci il təvəllüdlü Zaur Kazımov dostu Zaur Cəbrayılovu qətlə yetirib.
 
Nezarettv.Az Teleqraf.com-a istinadən bildirir ki, hadisə bu ilin yanvarın 7-də baş verib. Binə qəsəbəsində əvvəllər də məhkum olumuş Zaur Kazımov münaqişə zəminində Zaur Cəbrayılovu bıçaqlayaraq öldürüb.
 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. İstintaq orqanı tərəfindən Zaur Kazımovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
Zaur Kazımovun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun sədrliyi ilə araşdırılıb.
 
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur Kazımov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Qarabağ müharibəsi iştirakçısıdır: "1992-ci ildə Qarabağ döyüşlərindən qayıtdıqdan sonra yaşadığım Binə qəsəbəsində qətl törətdim və 9 il müddətinə azadlıqdan məhrum edildim. 2001-ci ildə azadlığa çıxdım. Azadlığa çıxdıqdan sonra fəhləliklə məşğul oldum, ailəmi dolandırdım".