​Dünya liderləri gizli otaqda iclas keçirəcək: Bu şəhərdə inşa edilir

​Dünya liderləri gizli otaqda iclas keçirəcək:
12:30 11.07.2022
298 Siyasət
A- A+

Avropa Birliyi dövlət liderlərinin təhlükəsiz bir ortamda iclas keçirə bilmələri üçün gizli bir otaq inşa etməyə hazırlaşır.

Nezarettv.Az bildirir ki, otağın inşasına 8 milyon avro sərf ediləcəyi yazılıb.Məlumata görə, otaq 34-ə qədər dövlət liderini, ümumlikdə 100 nəfəri qəbul edə biləcək formada dizayn edilib. 2024-cü ilə qədər inşa olunacaq bu sığınaq Belçikanın paytaxtı Brüsseldəki Avropa Birliyi kompleksinin içində gizli bir yerdə olacaq.

Bu iclas otağınının tamamilə “offline” olacağı, sadəcə tərcüməçilər üçün kabelli mikrofonların yerləşdiriləcəyi qeyd edilib.

Otaq içəridəki elektromaqnit və radio dalğaların xaricə çıxmasını önləmək üçün “NATO sertifikatlı qəfəslə” əhatə ediləcək və içəri girmək istəyən hər kəsin xüsusi icazəyə ehtiyacı olacaq.

Otaq gizli dinləmə cihazlarını təsbit etmək və zərərsizləşdirmək üçün hər iclasdan əvvəl yoxlanılacaq. Otağa girən hər kəs telefon, noutbuk və smart saat kimi əşyalarını səs keçirməyən dolablarda qoyub daha sonra otağa girə biləcəklər.

Mənbə: EUobserver