​Türkiyə və Rusiya arasında yüksək səviyyəli görüş planlaşdırılır

​Türkiyə və Rusiya arasında yüksək səviyyəli
22:15 11.07.2022
220 Dünya
A- A+

Türkiyə və Rusiya arasında yüksək səviyyəli görüş planlaşdırılır.

Bu barədə Ankaradakı diplomatik mənbə bildirib.

Belə ki, Moskva və Ankara arasında yüksək səviyyəli görüşün Türkiyədə keçirilməsi planlaşdırılır, tarix hələ məlum deyil.

Hazırda görüşlə bağlı iki ölkənin müvafiq idarələri arasında danışıqlar gedir.

Bundan əvvəl Rusiya nümayəndə heyətinin Ukraynadan taxıl ixracı problemini müzakirə etmək üçün Türkiyəyə gələcəyi bildirilirdi.