​Özbəkistan XİN: Belarus ŞƏT-ə üzv olmaq üçün müraciət edib

​Özbəkistan XİN:
22:45 11.07.2022
227 Dünya
A- A+

Belarus Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün müraciət edib.

Bu barədə TASS məlumat yayıb.

Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov bildirib ki, Belarus ŞƏT-ə üzv olmaq üçün təqdim etdiyi ərizə təşkilata üzv olan ölkələrə göndərilib.

Norov deyib ki, Səmərqənd sammitində onun ŞƏT-ə üzvlüyünə qəbul proseduru başlaya bilər.