​Belarus Ukrayna ilə sərhəddə təlimlərə başladı

​Belarus Ukrayna ilə sərhəddə
12:30 12.07.2022
254 Dünya
A- A+

Belarusda ərazi qoşunları ilə komanda-qərargah təlimləri başlayıb. Onların hazırlığı Ukrayna ilə həmsərhəd Qomel vilayətində baş tutacaq.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb. 

"İyulun 12-dən 14-dək Qomel Vilayət İcraiyyə Komitəsinin sədr müavininin rəhbərliyi altında Jlobin rayonunun ərazi qoşunları ilə komanda-qərargah təlimi keçirilir", - məlumatda deyilir.

Məlumata görə, Belarus silahlı qüvvələrinin ölkənin poliqonlarında təlimi ən azı iyulun 16-dək uzadılıb. Ölkə həmçinin Ukrayna ilə sərhədə yaxın uçuşlara qadağanın müddətini də uzadıb.