​Güclü külək nəticəsində ağac avtomobilin üstünə aşıb

​Güclü külək nəticəsində ağac avtomobilin
20:00 12.07.2022
214 Hadisə
A- A+

Güclü külək Gəncədə fəsad törədib.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün günorta saatlarında əsən güclü külək nəticəsində şəhərin Heydər Əliyev prospektində iri gövdəli ağac VAZ-2106 markalı avtomobilin üzərinə aşıb.

Nəticədə avtomobil yararsız hala düşüb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda qərb bölgəsində küləkli hava şəraiti davam edir.