​Minik avtomobili ilə at arabası toqquşub, xəsarət alanlar var

​Minik avtomobili ilə at arabası toqquşub,
21:00 12.07.2022
236 Hadisə
A- A+

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza rayonun Qarayar kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "Mercedes" markalı minik avtomobili ilə at arabası toqquşub.

Hadisə nəticəsində Cəlilabad rayon sakini, 1987-ci il təvəllüdlü G.Qarayeva və daha bir nəfər xəsarət alıb.

Qadın rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər zərərçəkənə isə hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.