​Belarusda Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edildi

​Belarusda Baş Qərargah rəisinin müavini vəzifəsindən
21:30 12.07.2022
214 Dünya
A- A+

Belarusda Baş Qərargah rəisinin müavini general-mayor Aleksandr Şkirenko vəzifəsindən azad edilib.

O, həm də Silahlı Qüvvələrin Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəisi olub.

Belarus dövlət başçısının mətbuat xidmətindən yayılan məlumata görə, generalın müdafiə nazirinin sərəncamına verilməsi barədə müvafiq sənədi ölkə prezidenti Aleksandr Lukaşenko imzalayıb.