​Bakıda mansarda tipli obyetkdə yanğın olub

​Bakıda mansarda tipli obyetkdə
22:00 12.07.2022
210 Hadisə
A- A+

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayonda ümumi sahəsi 400 m² olan mansarda tipli birmərtəbəli obyektin (1-ci mərtəbəsi market, mansardası çay evi) mansardasının taxta atmaları və penoplastdan ibarət üzlüyü 10 m² sahədə yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.