​Bakıda qəza: “Prado” aşdı

​Bakıda qəza:
09:15 13.07.2022
237 Hadisə
A- A+

Səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

SÜLH.İNFO.az-ın məlumatına görə, hadisə Süleyman Rüstəm küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb.

"Stop" nişanının tələbini pozan minik maşını "Toyota Prado" markalı avtomobili vurub. Nəticədə "Prado" aşıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.