​Ağcabədidə su quyusundan qızıl çıxıb? - RƏSMİ AÇIQLAMA

​Ağcabədidə su quyusundan qızıl çıxıb? -
12:00 13.07.2022
308 Hadisə
A- A+

Ağcabədi rayonunun Hacılar kəndində su quyusu qazılarkən qızıl aşkar edilməsi barədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı SÜLH.İNFO.az-a bildirib ki, yayılmış məlumat həqiqəti əks etdirmir:

"Həmçinin kənd ərazisində polis əməkdaşları tərəfindən nəzarət postları qurulmayıb".