​Azərbaycanda şadlıq saraylarında menyular BAHALAŞDI

​Azərbaycanda şadlıq saraylarında menyular
13:15 13.07.2022
276 Toplum
A- A+

İyun ayında şadlıq saraylarında sifarişlərin sayında 63% artım qeydə alınıb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) bildirilib.

Qeyd olunan müddətdə qiymət və keyfiyyət üzrə monitorinq aparılıb. Monitorinqin nəticələrinə görə, iyun ayında toy və şənliklərin sayının azalmasına baxmayaraq menyuların qiyməti orta hesabla 5% bahalaşıb.

40 manatadək olan menyularda qiymət artımları 3 faiz, 40-80 manat arasındakı menyularda 5 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 7 faiz olub.

Eyni zamanda, monitorinqlər xidmət keyfiyyətinin azalmasını müşahidə edib. Belə ki, ötən müddətdə xidmətçilərin sayında müşahidə edilən azalma xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olub.