​Şri-Lankada prezident səlahiyyətlərini baş nazir icra edəcək

​Şri-Lankada prezident səlahiyyətlərini baş nazir
13:45 13.07.2022
229 Dünya
A- A+

Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa ölkənin Baş naziri Ranil Vikraminskheni dövlət başçısının səlahiyyətlərinin icraçısı olaraq təyin edib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə məlumatı ölkə parlamentinin spikeri Mahinda Yapa Abeivardena açıqlayıb. 

Məlumata görə, Prezident özü ölkədən kənarda olduğundan Baş nazir bu vəzifəyə təyin olunub.