​Katrin Herinq-Ekhardt Azərbaycana gəlir

​Katrin Herinq-Ekhardt
14:45 13.07.2022
242 Siyasət
A- A+

Almaniya Bundestaqının vitse-prezidenti Katrin Herinq-Ekhardt Azərbaycana səfər edəcək.

Almaniyanın Azərbaycandakı səfirliyindən SÜLH.İNFO.az-a verilən məlumata görə, səfər iyulun 18-də baş tutacaq.

Səfər zamanı rəsmi görüşlərdən başqa, vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər və hüquq müdafiəçiləri ilə görüşlər planlaşdırılıb.