​Ərdoğanın oğlu restoran açdı

​Ərdoğanın oğlu
15:00 13.07.2022
258 Maraqlı
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan ortaqları ilə birlikdə İstinyedəki məşhur ticarət mərkəzində restoranı açıb.

SÜLH.İNFO.az haberler.com-a  istinadən xəbər verir ki, İstanbulda dəbdəbəli bir ticarət mərkəzində açılan restoran artıq müştərilərini qəbul etməyə başlayıb.

Məlumata görə, 1 milyon 500 min TL  (147 150 AZN) sərmayə ilə açılan restoranda menyuda yalnız toyuq,  düyü və  sərin içkilər yer alıb.