Rusiyada yaşayan 33 yaşlı qadın yeni doğulmuş 5 günlük körpəsini satmaqda təqsirli bilinərək həbs edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Dağıstanda 33 yaşlı qadın burnunu əməliyyat etdirmək üçün 5 günlük körpəsini satıb.
Ana və körpəni alan cütlük “insan alveri” ittihamı ilə həbs olunub.
Körpəsini satan qadın daha rahat nəfəs almaq üçün burnunu əməliyyat etdirmək istədiyini bəyan edib.