​Bakıda artan skuterlər: "Xüsusi zolaqlar salınmalıdır ki..." - AÇIQLAMA

​Bakıda artan skuterlər:
18:04 13.07.2022
329 Sosial
A- A+

Paytaxt Bakıda elektroskuter sürənlərin sayı günbəgün artır. Daha çox parklarda rastlaşdığımız bu minik vasitəsinə artıq avtomobil yolunda da rast gəlirik. Skuter kirayə verilən ərazilərdə isə nə təhlükəsizliyə nəzarət edən şəxs, nə də hər hansı xəbərdarlıq edici nişan var. İstəyən hər kəs kart vaistəsilə ödəniş edərək rahatlıqla götürə bilir.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Sülh.info.az-a bildirib ki, skuterlərin movcud sürəti insanların hərəkət etdiyi yerlər üçün çoxdur. Sürət həddi saatda 30-40 kilometrə kimi artır. O sürətlə kiməsə dəyərsə və ya aşarsa həm özü həm qarşı tərəf ciddi xəsarət ala bilər. Skuterlərin hərəkəti ilə bağlı ümumi bir konsepsiya yaradılmalıdır:

“Bu cür skuterlər üçün park və yollarda xüsusi zolaqlar olmalıdır. Həmin zolaqlardan istifadə edən şəxslər başqa hərəkət istiqamətinə keçməməlidirlər. Bundan başqa parklarda xüsusi xəbərdarlıq edici nişanlar olmalıdır. Həmin nişanlar vaistəsilə valideyinlər bilməlidir ki, həmin yola uşaqları buraxmaq olmaz”.