​Sumqayıtda qəzada 5 nəfər xəsarət aldı

​Sumqayıtda qəzada 5 nəfər xəsarət
21:15 13.07.2022
244 Hadisə
A- A+

Sumqayıtda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində - Sumqayıt Texnologiyalar Parkının yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan ağırtonajlı avtomobil “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə təcili tibbi yardım cəlb olunub, yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)