​63 yaşlı kişinin meyiti tapılıb

​63 yaşlı kişinin meyiti
22:30 13.07.2022
244 Hadisə
A- A+

Ağstafa sakininin meyiti yol kənarında aşkarlanıb.

Hadisə rayonun Xılxına kəndində qeydə alınıb.

1959-cu il təvəllüdlü Əhmədov Nürəddin Şükür oğlunun meyiti yolun kənarında tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, N.Əhmədov ürək tutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.