​Prokurorluq orqanlarında daha bir TƏYİNAT - YENİLƏNİB

​Prokurorluq orqanlarında daha bir
13:42 14.07.2022
264 Ölkə
A- A+

Baş Prokurorluqda daha bir təyinat olub.

SÜLH.İNFO.az-ın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş Prokurorun əmrinə əsasən, Ocaqverdiyev Əmir İlham oğlu Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma  və riskin müəyyən edilməsi şöbəsinə rəis təyin edilib.

Xatırladaq ki, Ə.Ocaqverdiyev bu təyinata qədər Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Məlumatı SÜLH.İNFO.az-a Baş Prokurorluğun mətbuat xidmətindən təsdiq ediblər.

Qeyd edək ki, Baş Prokuror Kamran Əliyev bundan öncə təyinatla bağlı daha dörd əmr imzalayıb.