“Müxalif deputatların fəaliyyətinə görə mandatlarından məhrum edilməsi qəbuledilməz prosesdir”.
Bu sözləri Ermənistan Milli Məclisinin deputatı Taquhi Tovmasyan deyib.
Onun sözlərinə görə, boykot və dinc mitinqlərdə iştirak edən deputatların səlahiyyətlərinin dayandırılması Ermənistanda siyasi vəziyyəti daha da gərginləşdirir, siyasi plüralizmi sarsıdır:
“Mahiyyət etibarı ilə bu, parlamentin normal fəaliyyətini pozan bir addımdır.
Bu bəyanatla mən sizi müxalifət deputatlarının səlahiyyətlərinə xitam vermək və Ermənistan Respublikasında artıq zəifləmiş demokratik dəyərləri pozmamaq tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etməyin zəruriliyini bir daha nəzərdən keçirməyə çağırıram”.