​Latviyalı nazir Azərbaycana gəldi

​Latviyalı nazir Azərbaycana
15:30 14.07.2022
244 Siyasət
A- A+

Latviyanın kənd təsərrüfatı naziri Kasars Herhards Azərbaycanda işgüzar səfərdədir.

SÜLH.İNFO.az xəbər verir k, bu barədə Latviyanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində onun Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə görüşləri planlaşdırılıb.

İyulun 15-dək davam edəcək səfərin əsas məqsədi iki ölkə arasında qida təhlükəsizliyi, meşəçilik, kənd təsərrüfatı sahələrində təhsil və elmi tədqiqatlar üzrə ikitərəfli əməkdaşlığın gələcək inkişafını müzakirə etməkdir.