ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 12-də hədəf alınan bölgədə yaralanan DEAŞ-ın yüksək səviyyəli liderlərindən Mahnal əl-Aqalın öldüyünü açıqlayıb.
SÜLH.İNFO.az CENTCOM-dan verilən yazılı açıqlamaya istinadla xəbər verir ki, 12 iyulda Suriyanın şimal-qərbində DAİŞ-in ilk 5 liderindən biri olan Maher Əl-Aqalın öldürüldüyü hücumdan sağ çıxan Mahnal əl-Aqalın da öldüyü açıqlanıb.
Açıqlamada DEAŞ üzvünün yaralandıqdan sonra harada müalicə olunduğu və necə öldüyü ilə bağlı detallar yer almayıb.
CENTCOM iyulun 12-də Suriyanın şimal-qərbində hava hücumu həyata keçirdiklərini, DEAŞ-ın yüksək səviyyəli liderlərindən Maher əl-Aqalın öldürüldüyünü, təşkilatın digər yüksək rütbəli liderinin isə yaralandığını açıqlayıb.