​Qəzada ağır yaralanan polis ÖLDÜ

​Qəzada ağır yaralanan
09:18 15.07.2022
273 Ölkə
A- A+

Bir müddət öncə Göygöl rayon ərazisində avtomobil qəzası zamanı ağır xəsarət alan polis əməkdaşı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

SÜLH.İNFO.az Report-a istinadən xəbər verir ki, iyun ayında Göygöl rayon Hacıməlik kəndində idarə etdiyi avtomobilin aşması nəticəsində xəsarət alan, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru 1978-ci il təvəllüdlü Qubad Qasımov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.