​Gəncədə qonşular arasında kütləvi dava - Ölən var

​Gəncədə qonşular arasında kütləvi dava -
09:45 15.07.2022
225 Ölkə
A- A+

Gəncədə qonşular arasında kütləvi dava olub. 

"Qafqazinfo"nun xəbərinə görə, şəhərin Səməd Vurğun küçəsində iki qonşu arasında dava düşüb. 

Dalaşan qonşuları ayırmaq istəyən, 1952-ci il təvəllüdlü Alim Məmmədov avtomobillə vurulub. 

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Dava zamanı xəsarət alanlardan başqa bir qadın da xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.