​Əli Əsədov Gürcüstanın baş prokuroru ilə görüşdü

​Əli Əsədov Gürcüstanın baş prokuroru ilə
14:00 15.07.2022
206 Ölkə
A- A+

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 15-də Gürcüstanın Baş prokuroru İrakli Şotadze ilə görüşüb.

Bu barədə SÜLH.İNFO.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyi məmnunluqla vurğulandı.

İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Həmçinin Azərbaycan-Gürcüstan əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olundu.

Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.