​Aİ XİN başçıları Rusiyaya qarşı 7-ci sanksiya paketini müzakirə edəcək

​Aİ XİN başçıları Rusiyaya qarşı 7-ci sanksiya paketini
19:00 15.07.2022
247 Dünya
A- A+

Avropa İttifaqına üzv dövlətin xarici işlər nazirləri iyulun 18-də Belçikanın paytaxtı Brüsseldə keçirəcəkləri növbəti görüşdə Rusiyaya qarşı yeni sanksiyaları və Ukrayanaya əlavə hərbi yardımı müzakirə edəcək.

Bu barədə Avropa İttifaqının xarici siyasət xidmətindən iyulun15-də jurnalistlərə bildiriblər.

Məlumata görə, nazirlər Rusiyaya qarşı 7-ci sanksiyalar paketini müzakirə edəcək. Bu paketin iyulun sonunda qəbul ediləcəyi nəzərdə tutulur. Orada Rusiya qızılının ixracına qadağa qoyulacağı gözlənilir.