​Canlı yayımda aparıcının burnundan qan açıldı - VİDEO

​Canlı yayımda aparıcının burnundan qan açıldı
23:45 15.07.2022
203 Dünya
A- A+
Çində canlı yayım zamanı qorxulu anlar yaşanıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çində canlı yayım tarixində görünməmiş hadisə baş verib. "Suzhou” televiziyasının aparıcısı Huang Xinqi burnundan qan axmasına baxmayaraq yayımı kəsməyərək canlı yayımda xəbər təqdim etməyə davam edib. 
 
Aparıcı efir boyu sakitliyini qoruyaraq xəbər buraxılışını bitirib. Xəbər təqdim etməyi bitdikdən sonra açıqlama verən Huang Xinqi o anda yeganə düşüncəsinin yayıma davam etmək olduğunu söyləyib.
 
Bu anlar sosial şəbəkədə qısa zamanda çoxlu baxış toplayıb.