​Bağ evlərinin günlük kirayəsi neçəyədir? - VİDEO

​Bağ evlərinin günlük kirayəsi neçəyədir?
10:00 16.07.2022
264 Sosial
A- A+
Bakıda bağ evlərinin və dənizkənarı villaların günlük kirayə qiymətləri yüksəlib. Hətta bəzi villaların günlük kirayəsi 800 manata təklif edilir.
 
Qaynarinfo-nun Xezerxeber-ə istinadən məlumatına görə, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyib ki, xüsusilə 1 günlük kirayə götürülən villalarda tədbirlər və digər xoş günlər keçirilir.
 
Günlük ev kirayəsi ilə müqayisədə həmin villaları aylıq kirayə götürmək daha sərfəlidir. Bakıda hazırda ən ucuz bağ evlərinin aylıq kirayəsi 800 manatdan başlayır.
 
Nisbətən dənizə yaxın və hovuzu olan bağ evləri isə daha bahadır. Xüsusilə bəzən bir neçə ailə birləşərək bu cür evləri kirayələyirlər.
 
Hələlik bağ evlərinin kirayə qiymətlərində ucuzlaşma gözlənilmir. Əksinə, iyul ayının sonlarına və avqust ayı ərzində bu evlərin qiyməti bahalaşa bilər.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: