​AZAL-ın Bakı-Bodrum reysi gecikir

​AZAL-ın Bakı-Bodrum reysi
13:00 16.07.2022
255 Sosial
A- A+

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-023 nömrəli Bakı-Bodrum reysi texniki səbəblərə görə gecikir.

Bu barədə AZAL xəbər verir.

Məlumata görə, sərnişinlər Bodruma digər təyyarə ilə yola düşəcəklər. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.