​Avtomobil polis əməkdaşını vuraraq ağır xəsarət yetirdi

​Avtomobil polis əməkdaşını vuraraq ağır
11:00 17.07.2022
233 Hadisə
A- A+
Bakıda avtomobil polis əməkdaşını vurub.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Hövsan qəsəbəsində avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Məmmədov Təmkin Babək oğlunu vurub.
 
 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və sol said sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatı araşdırılır.